“Rusiyanın Türkiyəyə ehtiyacı artır” – Ərdoğan-Putin görüşünün ŞƏRHİ  

Hazırda oxunan: “Rusiyanın Türkiyəyə ehtiyacı artır” – Ərdoğan-Putin görüşünün ŞƏRHİ  

87263

Xəbər verdiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçi şəhərində görüş baş tutub.

Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər müzakirələrin müsbət ab-havada keçdiyini bildirib. Tərəflər iqtisadi, siyasi və təhlükəsizlik məsələlərilə bağlı fikir mübadiləsi aparıblar.

Bizim.Media xəbər verir ki, REAL-ın icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli Ərdoğan-Putin görüşünü şərh edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan-Putin görüşündə bu məsələlər müzakirə olunur – VİDEO  


​​​​​​​Ekspertin sözlərinə görə, qardaş Türkiyənin doğru xarici siyasəti bu ölkəni Qərb və Rusiya arasında əsas kommunikasiya kanalı, əsas "pəncərəyə" çevirir:

“Bu, 3 tərəfə (Qərb, Rusiya, Türkiyə) dividend gətirir. Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalına çevrilir.

İki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 mlrd. dollara çatdırılması hədəfi qoyulub (2021 də 33 mlrd. dollar olub), deməli Türkiyənin "pəncərə" rolu xeyli artacaq”.

Natiq Cəfərli qeyd edib ki, görüşün siyasi və təhlükəsizlik baxımından da əhəmiyyəti böyük olub:

“Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları n qədərdir, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir. Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır. Son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayır”.
Ekspert Türkiyənin Rusiya qazının bir qismini rublla almasıyla bağlı əldə olunan razılaşmaya da münasibət bildirib:

“Türkiyə Rusiyadan qazı rublla alacaq fikri doğru deyil. Qazın yalnız kiçik bir hissəsi rublla alınacaq və bu da "ikili hesab" prinsipi ilə olacaq. Yəni iki hesab açılacaq, valyuta ilə pul ilk hesaba daxil olacaq. Sonra həmin vəsait bankın özü tərəfindən əməliyyat gününə olan məzənnə ilə rubla konvertasiya olunub Qazproma köçürüləcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin