Ərdoğan və Putin bu məsələləri müzakirə ediblər - BİRGƏ BƏYANAT

Hazırda oxunan: Ərdoğan və Putin bu məsələləri müzakirə ediblər - BİRGƏ BƏYANAT

87206

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.

Bizim.Media xəbər verir ki, bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə qaz ödənişlərini rublla edəcək - Ərdoğan Putinlə RAZILAŞDI


Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.

Rusiya və Türkiyə prezidentlərinin bəyanatında qeyd olunur ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirməkdə əzmlidirlər.

Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin