Nüfuzlu “Gallup International” təşkilatının 100 ölkədə apardığı sorğuların yekununa dair dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı açıqlanıb.
Bizim.Media təşkilatın saytına istinadla xəbər verir ki, “Gallup’s Global Emotions Report” adlanan hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub.
Bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər.
Ermənistan “Gallup”ın siyahısında ən qəzəbli cəmiyyətin olduğu ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə və siyasətçilərə qarşı qəzəblidir.
Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Sierra-Leone göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Region
17:06 / 04.08.2022
Ermənistan və Livan insanların ən qəzəbli olduğu ölkələrdir – Nüfuzlu təşkilat
Hazırda oxunan: Ermənistan və Livan insanların ən qəzəbli olduğu ölkələrdir – Nüfuzlu təşkilat
Hazırda oxunan: Ermənistan və Livan insanların ən qəzəbli olduğu ölkələrdir – Nüfuzlu təşkilat
86979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.