"Laçın dəhlizi ərazisində və təmas xəttinin digər hissələrində gərginliyin artması ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk. Təəssüf ki, itkilər var. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, yaralılara şəfa diləyirik”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.
Mənbə qeyd edir ki, Rusiya sülhməramlıları yerlərdə vəziyyəti sabitləşdirmək üçün bütün səylərini göstərir:
“Hər iki tərəflə bütün kanallar vasitəsilə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır.
Biz tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə riayət etməyə çağırırıq. Mövcud ziddiyyətlərin həlli yalnız siyasi-diplomatik vasitələrlə, tərəflərin mövqeləri nəzərə alınmaqla, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il Bəyanatının müddəalarına ciddi riayət edilməklə həyata keçirilməlidir.
Biz əminik ki, tərəflərin səyləri mövcud üçtərəfli danışıqlar formatları çərçivəsində Bakı və İrəvan arasında münasibətlərdə müsbət gündəliyin formalaşmasına yönəldilməlidir”.
Bizim.Media
- A-
- A
- A+
Region
16:41 / 04.08.2022
“Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır” – Rusiya XİN
Hazırda oxunan: “Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır” – Rusiya XİN
Hazırda oxunan: “Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır” – Rusiya XİN
86972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.