Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyəti müzakirə etdi

86969

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda prezidentin mətbuat katibi Dmitri Peskov danışıb.

Görüşdə Putin, İlham Əliyev və Paşinyan arasında imzalanan üçtərəfli sazişin bütün müddəalarının təcili yerinə yetirilməsinin zəruriliyi vurğulanıb.
Peskovun sözlərinə görə, görüş iştirakçıları, həmçinin qarşıdan gələn Rusiya-Türkiyə yüksək səviyyəli danışıqları kontekstində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş avqustun 5-i cümə günü Soçidə baş tutacaq. Liderlər Suriya məsələsini, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin