“Kosovo presedentinin nümunəsi göstərir ki, Avropa İttifaqı və NATO Ermənistanı və Qarabağı (qondarma rejimi nəzərdə tutur) müdafiə etməyəcək.
Bizim.Media “rossaprimavera.ru” saytına istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezident administrasiyasının regionlararası və mədəni əlaqələr şöbəsinin keçmiş rəhbəri, Regnum xəbər agentliyinin baş redaktoru Modest Kolerov səsləndirib.
Kolerov Paşinyan hakimiyyətinin KTMT və Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə Qarabağ ermənilərinin hüquqlarını müdafiə edəcəyinə, Ermənistanın özünü və Qarabağı qoruya biləcəyinə dair ümidlərini sadəlövh adlandırıb:
“Avropa İttifaqının strukturları ilə yaxınlaşmanın nə ilə nəticələndiyini indi hamı müşahidə edir”.
O, həmçinin Ermənistan rəhbərliyinin Rusiyanın çıxdığı Minsk Qrupuna arxalanmasını mənasız hesab edir:
“Kosovo presedentindən istifadə etmək cəhdi düzgün deyil”.
Baş redaktor xatırladıb ki, NATO Serbiyanın Kosovodakı serbləri qorumaq cəhdinə sərt reaksiya verib:
“Kosovo presedenti belədir. Serblər nəzakətlə öz serblərini Kosovo ərazisində qorumağa çalışdılar, lakin onları “təpiklədilər”, nəticədə təslim oldular”.
“Siz indi Kosovoda serblərin hüquqlarını pozan və kosovalıları müdafiə edən bu NATO üzvlərindən kömək almaq istəyirsiniz? Bu sadəlövhlükdür. Heç nə olmayacaq”, - Kolerov bildirib.
O, Avropa İttifaqı və NATO-nun Ermənistanı və Qarabağı müdafiə etməyəcəyinin əsas səbəbini NATO-nun Cənubi Qafqazda Türkiyənin simasında fəaliyyət göstərdiyi ilə əlaqələndirib.
“Ermənistan hakimiyyətinin nəyə ümid etdiyini bilmirəm. Mənim hələ də Rusiya sülhməramlılarının Qarabağda qalacağına dair ümidlərim var və bu, hansısa tarazlıq demək olacaq”, - deyə “Regnum”un baş redaktoru bildirib.
“Lakin siz dürüst olmalısınız: sülhməramlıların orada hüquqları azdır, mandatlarının uzadılmasına zəmanət verilmir. Mandatın özü Azərbaycan tərəfindən təsdiq edilməyib və qanuniləşdirilməyib”, o, əlavə edib.
Baş redaktor vurğulayıb ki, hazırkı Ermənistan hakimiyyətinin Avropa İttifaqının simasında müdafiə tapmaq istəyi ermənilər üçün Qarabağın itirilməsinə gətirib çıxaracaq.
Bizim.Media
- A-
- A
- A+
Region
11:09 / 04.08.2022
Rusiyalı jurnalist Ermənistana xəbərdarlıq etdi: “Brüsseldən uzaq durun, yoxsa Qarabağı itirəcəksiniz”
Hazırda oxunan: Rusiyalı jurnalist Ermənistana xəbərdarlıq etdi: “Brüsseldən uzaq durun, yoxsa Qarabağı itirəcəksiniz”
Hazırda oxunan: Rusiyalı jurnalist Ermənistana xəbərdarlıq etdi: “Brüsseldən uzaq durun, yoxsa Qarabağı itirəcəksiniz”
86898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.