Erməni polkovnik həbs edildi – Əvvəllər Qarabağda komandir olub

Hazırda oxunan: Erməni polkovnik həbs edildi – Əvvəllər Qarabağda komandir olub

86329

Ermənistan Müdafiə Nazirliyinin polkovniki S.A. həbs edilib.

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki hərbi hissələrdən birinin komandiri vəzifəsində çalışıb. 

İstintaq zamanı müəyyən edilib ki, 2019-cu ilin noyabrından 2020-ci il noyabrın 4-dək olan müddətdə polkovnik S.A. bir sıra döyüş növbətçiliyi qaydalarını pozub. Belə ki, 2020-ci ilin sentyabr ayında 100-ə yaxın zabitin iştirakı ilə ziyafət təşkil edib.

Eyni zamanda qeyd olunur ki, məhz onun hərəkətsizliyi səbəbindən İkinci Qarabağ müharibəsi zamanı əsgərlər döyüş mövqelərini tərk ediblər.

Polkovnikə qarşı ittiham irəli sürülüb (döyüş növbətçiliyi və ya təhlükəsizliyin təmin edilməsinə yönəlmiş döyüş xidməti qaydalarını pozma).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin