Ermənistan hakimiyyəti hərbi xidmətdən yayınmaq cəhdlərinin qarşısını almaq üçün ölkəni tərk edən vətəndaşlara qarşı qanunu sərtləşdirir.
“Valideynlər artıq övladlarını Ermənistandan necə çıxarmaq haqda düşünməsinlər, ölkədəki ən qiymətli qaynağımızı qorumaq barədə biz onlara siqnal göndəririk”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu fikri ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının sədri Andranik Köçəryan jurnalistlərə açıqlamasında deyib.
O, bu sözləri Hərbi Xidmət Qanunda dəyişikliklər edilməsi barədə məsələni şərh edərkən söyləyib. Onun sözlərinə görə, bu layihənin güclü mesajı xəbərdarlıq və hüquq normalarının sərtləşdirilməsidir.
"Hazırda hərbi xidmətdən yayınan 10 mindən çox vətəndaş axtarışdadır. Yeni qanun qəbul edildikdən sonra bizim fərarilik edən şəxsləri beynəlxalq axtarışa vermək imkanımız olacaq”.
Qanuna görə, hərbi xidmətə cəlb olunan vətəndaş çağırış vərəqəsi aldıqdan sonra hərbi qeydiyyat komissiyasına gəlməsə, vətəninə qayıtdıqdan sonra hər buraxılmış çağırış üçün əlavə 1 ay hərbi xidmət çəkməli olacaq. Bundan əlavə, fərarilər orduda olmadıqları hər ay üçün cərimə ödəyəcəklər.
Andranik Köçəryan bildirib ki, bu cərimələrin hesabına dövlət tərəfindən müqavilə ilə işə götürülən hərbçinin 2 illik xidməti xərclərini ödəməyə imkan verəcək.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Region
18:34 / 15.01.2021
Ermənistanda müharibədən yayınan 10 min fərari axtarışa veriləcək
Hazırda oxunan: Ermənistanda müharibədən yayınan 10 min fərari axtarışa veriləcək
Hazırda oxunan: Ermənistanda müharibədən yayınan 10 min fərari axtarışa veriləcək
8629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.