Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bir sıra maraqlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, o, Ermənistanın Qarabağın statusu ilə bağlı yekun qərar qəbul edilmədən Azərbaycanla sülh müqaviləsi bağlamasını istisna etməyib:
“Belə bir fikir var, lakin indiki mərhələdə hər hansı belə qətnamədən danışmaq tezdir. Bakı ilə sülh müqaviləsinin imzalanması sülh gündəliyinin və yol xəritəsinin kulminasiya nöqtəsidir".
A.Qriqoryan bir daha xatırladıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi münasibətlərin normallaşdırılmasına dair beş bəndlik sənədi məqbul hesab edir. Həmçinin, Ermənistan ölkə qanunvericiliyi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyır:
“Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan 1991-ci ildə imzalanmış və sonradan ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişlə bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb. Və bu gün bu həm Ermənistanın, həm də Azərbaycanın qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də öz əksini tapmalıdır”.
Ermənistan rəsmisi əlavə edib ki, ölkəsinin Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur:
“Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Paşinyan Milli Assambleyadakı çıxışlarının birində qeyd edib ki, Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. İndi biz bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik”.
Bizim.Media
- A-
- A
- A+
Region
21:00 / 29.07.2022
Ermənistan Təhlükəsizlik Şurasının katibi: "Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur"
Hazırda oxunan: Ermənistan Təhlükəsizlik Şurasının katibi: "Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur"
Hazırda oxunan: Ermənistan Təhlükəsizlik Şurasının katibi: "Azərbaycana qarşı heç bir ərazi iddiamız yoxdur"
86150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.