Gürcüstanda Sərhəd Polisinə məxsus qəzaya uğrayan helikopterdə 8 nəfər olub.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yeni açıqlama yayıb.
Həmin şəxslərin dördü ekipaj üzvü, ikisi xilasedici, digər ikisi isə tibb işçisidir.
Qeyd edək ki, sözügedən 8 nəfərin hamısı qəza zamanı həlak olub.
18.10
Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisi İdarəsinə məxsus helikopter qəzaya uğrayıb.
Bizim.Media "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi qəza zamanı helikopertdə olan 5 nəfərin həlak olduğunu açıqlayıb.
Onlardan ikisi pilotdur.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Bizim.Media