“Artıq il yarımdır ki, Ermənistandan çağırışçılar Qarabağa göndərilmir və bu, Azərbaycanın tələbi ilə edilib”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu iyulun 25-də jurnalistlərlə görüşündə sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın müxalif “Respublika” Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
Müxalifətçinin sözlərinə görə, “bu müddət ərzində bir nəfər də olsun erməni ayağa qalxıb övladının Qarabağa xidmətə göndərilməsini tələb etməyib”.
“Biz Qarabağı qorumalıyıq (Bu bölgə Azərbaycanın əzəli torpağıdır, onu şanlı ordumuzun əsgərləri qoruyur). Bəs biz bunu necə edək? Qarabağ (qondarma rejim nəzərdə tutulur) “hakimiyyəti” ərazinin qalan hissəsini Rusiyanın öhdəsinə buraxıb”, - deyə Şarmazanov vurğulayıb.
“Ermənistanın hazırkı hakimiyyəti ölkənin təhlükəsizliyini, milli ideya və mədəniyyətin təbliğini təmin etmək iqtidarında deyil. Onlar klassik neo-bolşeviklərdir”, - deyə müxalifətçi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:39 / 25.07.2022
Serj Sarkisyanın mətbuat katibi: “Heç bir erməni övladının Qarabağa xidmətə göndərilməsini tələb etməyib”
Hazırda oxunan: Serj Sarkisyanın mətbuat katibi: “Heç bir erməni övladının Qarabağa xidmətə göndərilməsini tələb etməyib”
Hazırda oxunan: Serj Sarkisyanın mətbuat katibi: “Heç bir erməni övladının Qarabağa xidmətə göndərilməsini tələb etməyib”
85364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.