Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib – Armen Aşotyan

Hazırda oxunan: Rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib – Armen Aşotyan

85209

Nikol Paşinyanın məğlubiyyəti ucbatından rəsmi Brüssel üçün “Dağlıq Qarabağ” və erməni hərbi əsirlərin problemi yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsinin canlı yayımında danışıb.

“Mənim bəyanatım bu il iyulun 18-də dərc edilmiş Avropa Komissiyasının baş katibinin imzaladığı rəsmi sənədə əsaslanır. Sənəd Azərbaycanla tərəfdaşlığın həyata keçirilməsinə dair hesabat adlanır.

Yəni, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlıq proqramı var. Bu hesabatda onun Azərbaycanla əlaqələri, müxtəlif sahələrdə qeydə alınan uğurları ümumiləşdirilib. Təbii ki, Azərbaycanla münasibətlər kontekstində təhlükəsizlik problemlərinə də qiymət verilib. Bu mətn boyu bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlədilmir.

Ermənistan-Azərbaycan problemlərindən danışan rəsmi Brüssel “Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina edib və yalnız bir dəfə azərbaycanlıların “Qarabağ” sözündən istifadə edib. Avropa İttifaqının rəsmi cavabına görə, “Dağlıq Qarabağ” adlı qurum yoxdur və bu, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsidir. O, üçtərəfli görüş zamanı “Dağlıq Qarabağ” ifadəsini işlətməkdən imtina edib, indi bütün bunlar rəsmi sənədlərdə yer alıb”, - deyə Aşotyan bildirib.

O, hesab edir ki, nə Ermənistan XİN, nə də Təhlükəsizlik Şurası bu sənədi oxuyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin