Məşhur daşnak Paşinyanı Makronla hədələdi: “Cavab verəcək”

Hazırda oxunan: Məşhur daşnak Paşinyanı Makronla hədələdi: “Cavab verəcək”

85146

Daşnaksütyun Partiyasının Fransadakı nümayəndəsi Murad Papazyan bəyan edib ki, Ermənistan rəhbərliyi onun respublikaya girişinə qoyulan qadağaya görə fransalı həmkarı qarşısında cavab verməli olacaq.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Hraparak” qəzetinə müsahibəsində bildirib.

“Fransa prezidentinə Ermənistan hakimiyyətinin ölkəyə girişimə qadağa qoyulması qərarı barədə məlumat verilib. Ermənistan hakimiyyəti buna görə cavab verməli olacaq”, deyə daşnak qeyd edib.

Xatırladaq ki, Papazyanın Ermənistana girişi iyulun 13-də qadağan edilib. Həmin gün axşam o, İrəvana gəlib, lakin onu hava limanında saxlayıblar, pasportunu götürüblər, sonra isə Fransaya gedən təyyarəyə mindiriblər.

Cümə günü Ermənistan hökuməti izah edib ki, Papazyan ötən ilin iyununda Fransada rəsmi səfərdə olan Ermənistan baş nazirinin kortejinə hücumun təşkilatçılarından biri olub. Etirazçılar kortejə müxtəlif əşyalar atıblar və vəziyyət yalnız Fransa polisi və təhlükəsizlik qüvvələrinin səyi ilə aradan qaldırılıb. Məhz bu səbəbdən məşhur daşnakın ölkəyə girişi qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin