İranın tanınmış jurnalisti Hüseyn Dehbaşi həbs edilib.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Hüseyn Dehbaşi İranın keçmiş rəhbəri Ruhullah Xomeyni və onun yaxınları barədə sosial mediada paylaşımlarına görə 6 ay həbs cəzasına məhkum edilib.
O, daha öncə “tvitter”də Xomeyninin İrana qayıdışı barədə foto paylaşaraq onun yaxınlarının bir-bir həyatını itirməsi barədə yazmışdı.
Qeyd edək ki, Dehbaşi Xomeyninin ikinci oğlu Əhməd Xomeyninin çox miqdarda narkotik maddə qəbulundan həyatını itirdiyini yazdığına görə, Xomeyninin ailəsi tərəfindən məhkəməyə verilib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:22 / 23.07.2022
İranda tanınmış jurnalist həbs olundu
Hazırda oxunan: İranda tanınmış jurnalist həbs olundu
Hazırda oxunan: İranda tanınmış jurnalist həbs olundu
85040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.