Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Arqişti Kərəmyan müharibə zamanı Şuşa uğrunda gedən döyüş yolundan, "Vətən" Partiyasının lideri Artur Vanetsyanın hərbi əməliyyatlarda iştirakından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
Mənbə yazır ki, Vanetsyan Şuşada döyüş meydanından qaçıb.
Kərəmyan İctimai televiziyaya müsahibəsi zamanı bununla bağlı versiyasını açıqlayıb:
“Şuşada vəziyyət pisləşəndən sonra ora gəldim. Könüllülərdən ibarət dəstə yaradılmışdı. Onlara sabiq müdafiə naziri Sergey Ohanyan rəhbərlik edirdi. Düşmənin Şuşaya hücumu zamanı mən, Ohanyan və digər komandirlər orada idik, sonra Vanetsyan dəstəsi ilə gəldi. O, Ağdərəyə getməyə hazırlaşırdı. Biz isə ona “Burada lazımsınız” dedik. Bundan sonra onun dəstəsi şəhərin bir rayonunda yerləşdi. Gecə azərbaycanlıların hücumu başladı. Komandanlıq Vanetsyanla əlaqə saxlayaraq döyüşməyi təklif etdi, o, isə “Yenicə gəlmişik, hazır deyilik” cavabını verdi.
Bir neçə saatdan sonra Ohanyan Kərəmyana dedi ki, Vanetsyanın yanına getsin, düşmənin qarşısını kəssin.
Ancaq sonra məlum oldu ki, o, öz dəstəsi ilə Xankəndinə gedib. Az müddətdən sonra onun Şuşada qalan 20 döyüşçüsü də şəhəri tərk etdi”.
Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan noyabrın 9 - da Qarabağda atəşkəs haqqında Birgə Bəyanat qəbul ediblər.
Bəyanata əsasən, Dağlıq Qarabağda atəşin tamamilə dayandırılması noyabrın 10-dan qüvvəyə minib.
Bizim.Media
- A-
- A
- A+
Region
14:29 / 14.01.2021
Vanetsyan Şuşada döyüş meydanından qaçıb – Kərəmyan yeni detalları açıqladı
Hazırda oxunan: Vanetsyan Şuşada döyüş meydanından qaçıb – Kərəmyan yeni detalları açıqladı
Hazırda oxunan: Vanetsyan Şuşada döyüş meydanından qaçıb – Kərəmyan yeni detalları açıqladı
8470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.