Azərbaycan əsilli iranlı rejissor 6 il müddətinə azadlıqdan məhrum edildi

Hazırda oxunan: Azərbaycan əsilli iranlı rejissor 6 il müddətinə azadlıqdan məhrum edildi

84437

Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Stayeşi deyib. 

“C.Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda və sövdələşmədə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib” – deyə Stayeşi qeyd edib. 

O cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib. 

Qeyd edək ki, C. Pənahi bundan öncə 2010-cu ildə də 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin