Roman Bağdasaryan yenə Qarabağ separatçılarını yıxıb-sürüdü

Hazırda oxunan: Roman Bağdasaryan yenə Qarabağ separatçılarını yıxıb-sürüdü

84219

Erməni jurnalist və bloger Roman Bağdasaryan öz Telegram kanalında növbəti dəfə Ermənistanın eks-prezidentlərini, Daşnaksütyun partiyasını və Qarabağ separatçılarını yıxıb-sürüyüb.

Bizim.Media xəbər verir ki, o, keçmiş prezidentləri və onların əlaltılarını ittiham edib ki, Ermənistan onların mütəşəkkil cinayətkarlığı və intriqaları sayəsində İkinci Qarabağ müharibəsində fəlakətli məğlubiyyətə uğrayıb, həm də bu müharibəyə tam hazır olmayıb.

Ermənilərin fikrincə, İrəvanın üzərinə düşən bütün bəlalara görə cavabdeh guya Bakı və  Ankaradır. Bağdasaryan isə bu təbliğat mifini tamamilə ifşa edib.

“1994-cü ildən 2018-ci ilə qədər Ermənistan və Qarabağ (bölgədəki qondarma rejim nəzərdə tutulur) Türkiyə və Azərbaycan tərəfindən deyil, eks-prezidentlər, daşnaklar və Qarabağ generallarının yaratdığı mütəşəkkil cinayətkar dəstə tərəfindən dağıdılıb və zəiflədilib”, – deyə Bağdasaryan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin