Ərdəbilli millət vəkili: Azərbaycanın iki əsas tələbi var: Onun dili və Urmu gölünün xilas edilməsi - VİDEO

Hazırda oxunan: Ərdəbilli millət vəkili: Azərbaycanın iki əsas tələbi var: Onun dili və Urmu gölünün xilas edilməsi - VİDEO

84186

Urmu gölünün qurudulmasına qarşı Cənubi Azərbaycanda baş qaldıran kütləvi etirazları davam edir.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, məsələ ilə bağlı İran parlamentinin Ərdəbilin Xiyav (Meşkinşəhr) şəhərindən olan millət vəkili Mahmud Abbaszadə Meşkini Cənubi Azərbaycanın iki tələbinin olduğunu bildirib.

“Bunlardan biri Azərbaycan dili mədəniyyəti kimi bir dəniz, digəri isə Urmu gölü ilə bağlıdır. Azərbaycan ölkəmizin milli təhlükəsizliyinin təməlidir və Azərbaycanın bu iki əsas tələbinə məhəl qoymamaq baha başa gələr”,-deyə o vurğulayıb.
Onun sözlərinə görə, əgər iradə, güc, inam olarsa, ölkəni bundan daha yaxşı idarə etmək mümkündür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin