Ceyhun Bayramovla Ararat Mirzoyan arasında konkret nəticələr əldə olunmadı – Gürcü nazir

Hazırda oxunan: Ceyhun Bayramovla Ararat Mirzoyan arasında konkret nəticələr əldə olunmadı – Gürcü nazir

84082

“Konkret nəticələr əldə olunmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə keçirilən Ermənistan-Azərbaycan görüşünü “Birinci Kanal”a müsahibəsində şərh edərkən deyib.

Onun sözlərinə görə, bir raundda hər şeyə nail olmaq olmaz.

“Lakin xarici işlər nazirləri arasında birbaşa dialoq üçün presedent yaradılıb. Gələcək təmasların şərtləri də dəqiqləşdirilməyib”, - deyə nazir əlavə edib.

Xatırladaq ki, iyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ilk ikitərəfli görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, iki ölkənin nazirləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar.

Bununla bağlı tərəflər öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı danışıblar, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin