Ukrayna taxılı ilə bağlı Türkiyədə VACİB RAZILAŞMA - Hulusi Akar açıqladı

Hazırda oxunan: Ukrayna taxılı ilə bağlı Türkiyədə VACİB RAZILAŞMA - Hulusi Akar açıqladı

83609

"Dördtərəfli görüşdə limanın çıxış və gəliş nöqtələrində ortaq nəzarət, transfer yollarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərdə razılıq əldə olunub" deyib.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

O, gələn həftə Ukrayna və Rusiya nümayəndə heyətlərinin yenidən Türkiyədə görüşəcəyini bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İstanbulda taxıl böhranı ilə bağlı DANIŞIQLAR YEKUNLAŞDI


"Ukrayna və Rusiya nümayəndə heyətləri gələn həftə Türkiyədə yenidən bir araya gələcək və bütün detallar nəzərdən keçiriləcək və gördüyümüz işlər imzalanacaq.

Ukrayna taxılına dair dördlük toplantısında İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi Koordinasiya Mərkəzinin yaradılacaq", - deyə H.Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) hərbi nümayəndə heyətləri taxılın Ukraynaya təhlükəsiz daşınmasını müzakirə etmək üçün bu gün İstanbulda bir araya gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin