Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş keçirilir

Hazırda oxunan: Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş keçirilir

83551

Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb.

Bizim.Media "Habertürk"ə istinadən xəbər verir ki, tərəflər Türkiyə və BMT-nin iştirakı ilə  İstanbulda bir araya gəlib. 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də bildirib ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq. 
Qeyd edək ki, bu, dördlü formatda baş tutan ilk görüşdür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin