"1988-ci ilin kütləvi edamları olmasaydı, bəlkə də indi rejim qalmazdı".
Bizim.Media "Azad İran" teleqram kanalının verdiyi məlumata istinadən xəbər verir ki, bu sözləri iranlı molla qeyd edib. Onun sözlərinə görə, sözügedən edamlar olmasaydı, bəlkə də indi sistem (İrandakı hakim molla rejimi) qalmazdı.
İranda 1988-ci ildə siyasi məhbusların kütləvi edamı ilə bağlı qərar qəbul edən "ölüm heyəti"nin üzvü Hüseynəli Niri yeni açıqlamasında həmin edamlara təkrar dəstəyini ifadə edib.
Niri bu yaxınlarda dərc edilən müsahibəsində, habelə bildirib: "O zaman xüsusi şərait mövcud idi, ölkənin vəziyyəti böhranlı idi, yəni İmamın (Xomeyni) qətiyyəti olmasaydı, bəlkə vəziyyət tamam başqa cür olardı, bəlkə də rejim heç yaşamazdı".
Xatırladaq ki, 1988-ci ilin yayında İslam İnqilabının rəhbəri Ruhullah Xomeyninin əmri ilə bir neçə min siyasi məhbus İran zindanlarında gizli şəkildə edam edilmiş və kütləvi məzarlıqlarda basdırılmışdı.
Həmin məhbusların bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və "ölüm heyəti" kimi tanınan 7 nəfərdən biri də İranın hazırkı prezidenti İbrahim Rəisi olub.
Bizim.Media
- A-
- A
- A+
Region
15:25 / 11.07.2022
"Kütləvi edamlar olmasaydı, İran hökuməti qalmazdı" - AÇIQLAMA
Hazırda oxunan: "Kütləvi edamlar olmasaydı, İran hökuməti qalmazdı" - AÇIQLAMA
Hazırda oxunan: "Kütləvi edamlar olmasaydı, İran hökuməti qalmazdı" - AÇIQLAMA
83291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.