Sergey Markov: “Ermənistan Zəngəzuru itirməkdən qorxur”

Hazırda oxunan: Sergey Markov: “Ermənistan Zəngəzuru itirməkdən qorxur”

82990

“Ermənistan 10 noyabr 2020-ci il tarixli razılaşmanın üzərinə düşən hissəsini yerinə yetirməyə tələsmir, çünki bu müqavilələrin yerinə yetirilməsi Ermənistanın Azərbaycanla bağlı ciddi güzəştlərə getməsi deməkdir. Həm də ona görə ki, Paşinyan əhəmiyyətli güzəştlərə getməkdən qorxur”. 

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı rusiyalı politoloq Sergey Markov səsləndirib. Sülh müqaviləsinin gecikməsinin əsas amillərini şərh edən S.Markov Qarabağla bağlı bəzi problemlərin hələ də qaldığını deyir: 

“Xüsusən də Qarabağın silahsızlaşdırılması həllini tapmamış ən mühüm problemlərdən biridir və Paşinyan qorxur ki, real demilitarizasiya baş verərsə, o, populyarlığını itirəcək. Bəlkə də ona qarşı etirazlar olacaq və devriləcək. Bundan başqa, sərhədin demarkasiyası və delimitasiyası da gecikdirilir. Sözügedən ərazilər dörddə bir əsrdən artıq işğal altındadır”, - S.Markov əlavə edib.

Zəngəzur dəhlizinin reallaşmasının Ermənistan üçün də əhəmiyyətli olduğu qeyd edən politoloq, bunun reallaşacağı təqdirdə Ermənistanın həm də bir çox məqamlarda itirəcəyini deyir:

“Zəngəzur dəhlizi ilə bağlı bir az fərqli vəziyyətdir. Ermənistan bilir ki, Zəngəzur Azərbaycanın qədim torpağıdır. Ona görə də qorxurlar ki, bu, ekstraterritoriallığı olan böyük nəqliyyat dəhlizidirsə, sonradan hansısa hadisələrin baş verəcəyi təqdirdə Azərbaycan Zəngəzuru qaytara bilər. Belə olduqda Ermənistan uduzacaq. Onların “Sünik bölgəsi” adlandırdıqları və bununla da, ümumiyyətlə, İranla sərhədi itirəcəklər. Bu, sözün əsl mənasında, hər tərəfdən az qala Azərbaycan və Türkiyənin əhatəsində olacaq”. 

Rusiya sülh müqaviləsi üçün ciddi addım ata bilmir. Siyasi şərhçi hesab edir ki, hazırda Rusiyanın Ukrayna ilə müharibəsi Cənubi Qafqaza təsiri azaldıb:

“Rusiya bu şəraitdə nə edə bilər? Düzünü desəm, heç nə! Rusiya Ermənistanı həvəsləndirir, razılaşmanı yerinə yetirməyə sövq edir, amma məcbur edə bilmir. Ümumiyyətlə, sülhməramlıların məcbur etmək  mandatı yoxdur, ancaq Ermənistan və Azərbaycanın artıq razılaşdığı şeyi dəstəkləmək mandatı var”, - deyə politoloq əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin