Erməniləri ifşa edən erməni ensiklopediyası - FAKT

Hazırda oxunan: Erməniləri ifşa edən erməni ensiklopediyası - FAKT

8294

"XIV əsrin sonundan 1828-ci ilədək İrəvanı azərbaycanlılar idarə edib".

Bizim.Media xəbər verir ki, bu fakt Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsində yer alıb.

Qeyd edək ki, kitab 1977-ci ildə İrəvanda nəşr olunub. Redaksiya şəxsi heyətinin sədri Ambartsumyan, baş redaktor Simonyan, onun müavini Voskanyan olub.

Kitabın ərsəyə gəlməsində Toptsyan, Xaçatryan, Aqayan, Amyan və başqa ermənilər iştirak edib. Yəni erməni ensiklopediyasını hazırlayanlar sırf ermənilər olub. 

Kitabda İrəvan torpaqlarını idarə etmiş 44 azərbaycanlı hökmdarın adı və hakimiyyət illəri qeyd olunub. Onların arasında Yaqub bəy və Həsən Əli Qaraqoyunlu kimi adları görmək olar. Digərləri ilə fotodan tanış ola bilərsiniz. 

Bununla yanaşı son iki əsrdə bu torpaqlara əsassız iddia edib, müxtəlif cəfəngiyyat uyduran ermənilərin SSRİ dövründə çap etdirdikləri kitabda - erməni ensiklopediyasında XIX əsrin əvvəllərində İrəvan xanlığının 15 qəzadan ibarət olduğu deyilir.

Həmin vilayətlər arasında Qırxbulaq, Zəngibasar, Sürməli, Göyçə və digərlərinin adı var. Bölüşdüyümüz şəkildə rayonların hamısı yer alıb.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistanla sərhədlərin açılması gələcəkdə daha önəmli sirlərin üstün açacaq.

Onların saxtalaşdırıb, gizlətməyə çalışdığı Azərbaycan tarixi bütün dünyaya faktlarla təqdim olunacaq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin