“11 yanvar tarixli üçtərəfli görüş və birgə bəyanat mövqeyimizi bir daha təsdiqlədi. Nikol Paşinyan Ermənistanın maraqlarını müdafiə edə bilmir!”.
Bizim.Media xəbər verir ki, bu barədə "Vətəni Xilas etmək Hərəkatı"nın namizədi Vazgen Manukyanın açıqlamasında deyilir.
“Moskvadakı üçtərəfli görüş ictimai və siyasi dairələrdə narahatlığa səbəb olur. Ermənistan hərbi əsirlər məsələsində müsbət nəticə əldə etmədi, Azərbaycan bir daha nə üçün gəldiyini təsdiqlədi. Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”.
Manukyanın fikrincə, 9 noyabrda Azərbaycan xəyallarından daha çox şey əldə etdi:
“Bu müddət ərzində Bakı bəyanatın müəyyən məqamlarını pozdu: birinci bənd (... tərəflər mövqelərində dayanırlar) və səkkizinci bənd (... əsirlərin, girovların və cəsədlərin mübadiləsi). Hamısı Nikol Paşinyanın köməyi və hərəkətsizliyi ilə”.
O, hesab edir ki, 11 yanvar tarixində Moskvada İlham Əliyev Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik olan 9-cu bəndin (... iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistanın Azərbaycanın qərb bölgələri və Naxçıvanla nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verməsi) həyata keçirilməsini təsdiqlədi və əsasını qoydu:
“Şübhəsiz ki, Paşinyan hakimiyyətdə qalacaqsa, bu bəndin sonrakı danışıqlar zamanı əldə ediləcək nəticələri Azərbaycanı tam qane edəcək. Ermənistan 11 yanvar görüşündən heç nə əldə edə bilmədi və Sünik üçün təhlükə yaradan 1-ci bənd məsələsini qaldırmalı idi”.
Manukyan vurğulayır ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həlli və Qarabağın statusu barədə heç bir açıqlama verilmədi:
“Bu da böyük məğlubiyyətdir”.
“Məğlubiyyət simvolu getməlidir, əks halda itkilərimiz və alçalmağımız davam edəcək” deyə o yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:24 / 13.01.2021
Vazgen Manukyan: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”
Hazırda oxunan: Vazgen Manukyan: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”
Hazırda oxunan: Vazgen Manukyan: “Bu, Ermənistan üçün növbəti biabırçı məğlubiyyətdir”
8289
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.