Paşinyanın oğlu akademiyadan xaric edildi - Özü də universitetdən qovulmuşdu

Hazırda oxunan: Paşinyanın oğlu akademiyadan xaric edildi - Özü də universitetdən qovulmuşdu

82770

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Rəssamlıq Akademiyasından dərslərini buraxdığı üçün xaric edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Oragir.news” nəşri yayıb.

Mənbə yazır ki, Aşot universitetdə yalnız ilk üç gün iştirak edib.

“Maraqlıdır ki, bir vaxtlar Nikol Paşinyan İrəvan Dövlət Universitetinin tələbəsi olanda o vaxtın iqtidarından narazı olduğu üçün dərslərə getməyib. Görəsən, Aşot da indiki hakimiyyətdən narazıdır?”, – deyə nəşr yazıb. 

Xatırladaq ki, Paşinyan 1991-ci ildən 1995-ci ilədək İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əlaçı tələbə olmasına baxmayaraq, Universitet rəhbərliyini açıq şəkildə tənqid etməsinə görə məzun olmasından bir az öncə ali təhsil ocağından qovulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin