Ermənistanın məhkəmə sistemi Ali Məhkəmənin sabiq sədrləri - Ruben Vardazaryan və Qaqik Cangiryanın qalmaqallı səs yazısından narahat olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
“İyunun 20-də Ali Məhkəmənin keçmiş sədrlərinin qalmaqallı səs yazısı dərc olunub. Yazıda ölkə ərazisində ittihamların necə irəli sürüldüyü, işlərin necə araşdırıldığı barədə şok faktlar üzə çıxıb.
Yazı dərc edildikdən sonra Vardazaryandan Ali Məhkəmənin sədri vəzifəsindən istefa verməsi xahiş olunub və 2021-ci il martın 1-dək ona vaxt verilib. Vardazaryanın səlahiyyətləri ötən il aprelin 15-də rəsmən dayandırılıb. Buna səbəb ona qarşı başlanan cinayət işi olub. Guya o, ədalət mühakiməsinə maneçilik törədib.
İndi isə bu səs yazısı açıqlanandan sonra məhkəmə sistemi narahat olub, çünki bir çox hakimlər müxtəlif məsələlərlə bağlı Ali Məhkəməyə müraciət edərək Cangiryanla danışıblar. Bunu xatırlayıb narahat olurlar ki, onların da söhbətləri dərc oluna bilər.
Məhkəmə sistemində yayılan şayiələrə görə, Qaqik Cangiryan artıq istefa verib, çünki təxminən 2,5 saat davam edən söhbətin lent yazısında Nikol Paşinyan haqqında təhqiramiz ifadələr səsləndirib”, – deyə mənbə qeyd edib.
Xatırladaq ki, Ali Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsini icra edən Qaqik Cangiryan iyulun 1-də vəzifəsindən istefa verib. Şuranın mətbuat katibi Lilit Şaboyan bunu sədrin səhhətində yaranan problemlərlə əlaqələndirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:17 / 06.07.2022
Paşinyanı təhqir etdiyinə görə Ali Məhkəmənin sədri istefa verdi – DETALLAR
Hazırda oxunan: Paşinyanı təhqir etdiyinə görə Ali Məhkəmənin sədri istefa verdi – DETALLAR
Hazırda oxunan: Paşinyanı təhqir etdiyinə görə Ali Məhkəmənin sədri istefa verdi – DETALLAR
82539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.