Rusiyanın bu şəhərində yerli sakinlərlə azərbaycanlılar arasında DAVA düşdü

Hazırda oxunan: Rusiyanın bu şəhərində yerli sakinlərlə azərbaycanlılar arasında DAVA düşdü

82458

Murmansk vilayətinin kiçik Kovdor şəhərində yerli sakinlərlə Azərbaycan diasporunun nümayəndələri arasında münaqişə baş verib.

Bizim.Media “National Accent” nəşrinə istinadən xəbər verir ki, münaqişə millətlərarası xarakter daşıyıb. 

“Aysun” kafesinə həyat yoldaşı ilə gələn qonaq buraxılmadıqdan sonra təxminən 20 nəfərin arasında dava düşüb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Münaqişə nəticəsində 8 nəfər saxlanılıb, 4 nəfər yaralanıb.

Davadan bir gün sonra onlarla yerli sakin Kovdor küçələrinə çıxıb. Onlar ksenofobik şüarlar səsləndiriblər. Eyni zamanda, yerli polis küçələrdə gücləndirilmiş patrul xidməti həyata keçirib.

Buna baxmayaraq, Murmansk vilayət ictimai təşkilatı “Azərbaycan” Mədəniyyət Mərkəzi münaqişənin səbəbinin millətlərarası münasibətlərdə olmadığını bəyan edib.

Mərkəzinin sədri Afil Hüseynov hadisənin təxribat xarakterli olduğunu deyib və qeyd edib ki, konflikt iki il əvvəl başlayıb, şəhərdə azərbaycanlıların avtomobilləri yandırılıb. Sədrin köməkçisi Hüseynəli Hüseynovun sözlərinə görə, Kovdorda 50-yə yaxın azərbaycanlı yaşayır. Onların heç biri şəhəri tərk etməsə də, diaspor rəhbərliyi ilə əlaqə saxlayırlar.
Murmansk vilayətinin qubernatoru Andrey Çibis hadisəyə münasibət bildirib. Onun sözlərinə görə, davanın təhrikçiləri müəyyən edilərək cəzalandırılacaq. Qubernatorun müavini Erik Xismatullin hadisə yerinə gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin