Ermənistanın Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Qərara əsasən baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsinin keçmiş sədri Qrayr Tovmasyandan üzr istəməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Ermənistan Today” nəşri yayıb.
Mənbə yazır ki, bundan əvvəl birinci instansiya məhkəməsi Qrayr Tovmasyanın Nikol Paşinyana qarşı iddiasının qismən təmin edilməsi barədə qərar qəbul edib.
Məhkəmə Ermənistan hökumətinin başçısına Tovmasyanın pul təzminatı tələbini rədd edərək, açıq şəkildə Tovmasyandan üzr istəməyi tapşırıb.
Sonra isə Paşinyan və Qrayr Tovmasyanın vəkili Apellyasiya Məhkəməsinə müraciət edib. Baş nazir birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Tovmasyan isə öz növbəsində pul kompensasiyasının ödənilməsi ilə bağlı iddiasının təmin edilməsini istəyib.
Xatırladaq ki, 2020-ci ilin yanvarında Paşinyan bildirmişdi ki, o zaman Konstitusiya Məhkəməsinin sədri vəzifəsini tutan Qrayr Tovmasyan ona hər cür xidmətlərini təklif edib, xüsusən də özünü “gözə soxmaq” üçün qələmini Baş nazirə verib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:38 / 05.07.2022
Paşinyan bu şəxsdən üzr istəməyəcək – Məhkəmədən baş nazirə “YAŞIL” işıq
Hazırda oxunan: Paşinyan bu şəxsdən üzr istəməyəcək – Məhkəmədən baş nazirə “YAŞIL” işıq
Hazırda oxunan: Paşinyan bu şəxsdən üzr istəməyəcək – Məhkəmədən baş nazirə “YAŞIL” işıq
82451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.