"Can Azərbaycanla hər mərhələdə məsləhətləşirik".
Bizim.Media "NTV"yə istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Mövlud Çavuşoğlu daxili işlər naziri Süleyman Soylu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner ilə birgə mətbuat konfransında bildirib.
“İndiyədək Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Bunun üçün Avstriyaya minnətdarıq. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın? Artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilirlər” – deyə XİN rəhbəri qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqladı
Onun sözlərinə görə, Türkiyə Azərbaycanla Ermənistan arasında normallaşmanı dəstəkləyir:
“Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistana təzyiqdir”.
Bizim.Media