Ermənistan KİV-ləri bu ölkədə Azərbaycan məhsullarının satışına başlanması barədə məlumat yayıblar.
Erməni jurnalistlər “Sandora” markalı Azərbaycan istehsalı olan meyvə şirələrinin marketlərə yol tapmasını buna nümunə kimi göstəriblər.
Onlar iqtisadi əlaqələrin hələ bərpa olunmadığı bir vaxtda qonşu ölkədən bəzi məhsulların ərzaq mağazalarına necə gəlib çıxmasını anlamadıqlarını deyirlər.
Ən optimal variant kimi postmüharibə dövründə ölkənin üzləşdiyi iqtisadi çətinliklər, ərzaq məhsullarında qiymət artımının qarşısının alınması üçün belə addıma gedilməsi ehtimal olunur.
Amma ermənilərin bu məsələdə isterikaya qapandığı görünür.
Xatırladaq ki, bir həftə əvvəl digər bir məhsulun da fotosu paylaşılaraq "İrəvan mağazalarında Azərbaycan “Coca-Cola”sı peyda oldu!” başlıqlı yazılar dərc edilirdi. Məlum olub ki, həmin məhsul Gürcüstanda istehsal olunur. (Azvision)
Bizim.Media
- A-
- A
- A+
Region
14:44 / 12.01.2021
''Ermənistanda Azərbaycan məhsulları satılır'' - Erməni mətbuatı
Hazırda oxunan: ''Ermənistanda Azərbaycan məhsulları satılır'' - Erməni mətbuatı
Hazırda oxunan: ''Ermənistanda Azərbaycan məhsulları satılır'' - Erməni mətbuatı
8215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.