Paşinyan Rusiyaya ultimatum verdi: “Lavrovun bəyanatına aydınlıq gətirin”

Hazırda oxunan: Paşinyan Rusiyaya ultimatum verdi: “Lavrovun bəyanatına aydınlıq gətirin”

81240

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bundan əvvəl Bakıda keçirilən birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, o, Azərbaycan tərəfi ilə ATƏT-in Minsk Qrupunun işini müzakirə etməyib, çünki bu qurum “Amerika və Fransa iştirakçılarının təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.

“Rusiya XİN rəhbərinin bəyanatı, yumşaq desək, qəribə səslənir, çünki xarici işlər naziri Rusiya dövlətinin başçısına tabe olan və onun rəhbərliyi altında fəaliyyət göstərən məmurdur”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, 2022-ci il aprelin 19-da Moskvaya rəsmi səfəri zamanı Ermənistan Nazirlər Kabinetinin rəhbəri Rusiya Federasiyasının prezidenti ilə birgə bəyanat imzalayıb və orada deyilir ki, “Biz ATƏT-in Minsk Qrupunun potensialından, onun beynəlxalq mandatından istifadə etməklə Dağlıq Qarabağ (belə ifadə və qurum yoxdur) münaqişəsinin (münaqişə də artıq sona çatıb) nizamlanmasında əməkdaşlıq etməliyik”.

Baş nazir Rusiyadan bəyanatına aydınlıq gətirməsini tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin