Milyarder İvanişvili siyasətdən getdi – ƏTRAFLI

Hazırda oxunan: Milyarder İvanişvili siyasətdən getdi – ƏTRAFLI

8116

Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb.

Bizim.Media “Sputnik Georgia”ya istinadən xəbər verir ki, milyarder bu qərarını açıq məktubda qeyd edib. 

“Düşünürən ki, missiyam tamamlanıb. Birdəfəlik qərar qəbul etmişəm ki, siyasət və idarəetmədən gedirəm. Həm partiya sədrliyi, həm də üzvlüyü tərk edib, 2011-ci ilə qədər yaşadığım şəxsi həyatıma qayıdıram”.

Xatırladaq ki, Bidzina İvanişvili 2011-ci ildə siyasətlə məşğul olmağa başladığını elan edərək “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasını yaradıb.

Bu partiya 2012-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gəlib.

Partiyanın qələbəsindən sonra İvanişvili siyasətdən getdiyini açıqlasa da, 2018-ci ildə “Gürcü arzusu – demokratik Gürcüstan”ın sədrliyinə qayıdıb. 

Qeyd edək ki, siyasətlə vidalaşan milyarder 1990-cı illərdə Rusiyada varlanıb və sonra Gürcüstana qayıdaraq xeyriyyəçiliklə məşğul olub.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin