Ermənistanın Rusiyadakı səfirliyinin binasının mühafizəsi gücləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər şərt qoydu - Paşinyan Moskvada sənəd imzalasa….
Mənbə yazır ki, polis maşınları hazırda səfirliyin binası ətrafındadır.
Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Qarabağa dair üçtərəfli görüşü baş tutacaq.
Bu gün İrəvanda Paşinyanın Moskva səfərinə etiraz olaraq aksiyalar keçirilib.
Bizim.Media