Ermənistanda müxalifətçilərin hava limanına gedən yolda təşkil etdiyi mitinq yekunlaşıb.
Bizim.Media ''Sputnik Armenia''ya istinadla xəbər verir ki, hava limanına gedən yol artıq açılıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın Moskva səfərinə etiraz - Aeroporta gedən yol bağlanıldı - VİDEO
Məlumata görə, Nikol Paşinyan “Zvartnots” hava limanına getməyi və Moskvaya uçmağı bacarıb.
Bu barədə Paşinyanın səfərinə qarşı keçirilən etiraz aksiyasının iştrakçılarından biri deyib.
Onun sözlərinə görə, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq.
"Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq",- deyə aksiya iştirakçıları bildiriblər.
Xatırladaq ki, müxalifət Ermənistanın hökumət başçısının Rusiya və Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq məqsədilə Moskvaya səfərinin qarşısını almaq üçün səhər saatlarında aksiya təşkil edib.
Bizim.Media