İranlılar Türkiyədə İsrailin keçmiş səfirini qaçırmaq istədi - DETALLAR

Hazırda oxunan: İranlılar Türkiyədə İsrailin keçmiş səfirini qaçırmaq istədi - DETALLAR

80659

Türkiyə kəşfiyyat xidməti və yerli polis ötən cümə günü İstanbulda İsrail diplomatlarını və turist qruplarını oğurlamağa və onlara hücum etməyə hazırlaşan İranın casus şəbəkəsini ifşa edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ynet məlumat yayıb.

Türkiyə kəşfiyyatçıları 10-a yaxın şübhəlinin həbs edildiyini, İstanbulda bir oteldə və üç kirayə mənzildə saxlanıldıqlarını bildiriblər. 

Şübhəlilər iş adamı, turist və tələbə qiyafəsində olublar.

Saxlanılan şəxslər başqa şeylərlə yanaşı, İstanbulda olan keçmiş İsrail səfirini və onun həyat yoldaşını qaçırmağı planlaşdırıblar.

Mossad hücumun hədəfi olacaq israillilərin yerini müəyyən edib və onları şəxsi təyyarə ilə İsrailə çatdırıb.

Qeyd edək ki, adam oğurluğunun qarşısının alınması İsrailin xarici işlər naziri Yair Lapidin Türkiyəyə səfərindən bir müddət əvvəl məlum olub.

Xatırladaq ki, İsrail təhlükəsizlik qüvvələri dəfələrlə israillilərə İrandan gələn hücum təhlükəsi səbəbindən Türkiyəyə getməmək xəbərdarlığını edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin