"Youtube" ermənipərəst Semyon Peqovun "Wargonzo" səhifəsini sildi

Hazırda oxunan: "Youtube" ermənipərəst Semyon Peqovun "Wargonzo" səhifəsini sildi

80187

"Youtube" videohostinqi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.

Bizim.Media xəbər verir ki, İkinci Qarabağ müharibəsi zamanı ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi jurnalist Semyon Peqov ona məxsus “Wargonzo” Youtube kanalının tamamilə silindiyini bildirib.

Buna səbəb telekanalın Ukraynadakı müharibəni işıqlandırarkən hostinq qaydalarını pozması olub.

Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Qabrielyanın maliyyələşdirdiyi “Wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla bağlı dezinformasiyaların yayılması ilə məşğul olub.
Kanalın müəllifi Semyon Peqov o zaman Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin