Ermənistan itkin düşmüş 3890 soydaşımızla bağlı məlumat verməkdən imtina edir - RƏSMİ  

Hazırda oxunan: Ermənistan itkin düşmüş 3890 soydaşımızla bağlı məlumat verməkdən imtina edir - RƏSMİ  

80041

Birinci Qarabağ müharibəsində itkin düşən 3890 nəfər Azərbaycan vətəndaşı barədə Ermənistan tərəfindən indiyədək heç bir məlumat təqdim olunmayıb.

Onların sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit qalıqları təhvil verilib və hazırda eyniləşdirmə prosesi aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Fərrux yüksəkliyində tapılan meyit qalıqları azərbaycanlılara aiddir: SÜBUT OLUNDU - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilir.  

Məlumatda qeyd olunub ki, Vətən müharibəsi başa çatdıqdan sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olub və beynəlxalq təşkilatların vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılıb.  

“6 hərbçimizin isə taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Qələbədən sonra düşmən tapdağından azad olunmuş torpaqlarda 1713 Ermənistan hərbi qulluqçusunun qalıqları və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri qarşı tərəfə qaytarılıb.
İtkin vətəndaşlarımızın axtarışı üzrə intensiv və təxirəsalınmaz tədbirlər davam edir və bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd olunub”, - deyə məlumatda bildirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin