Tbilisidə “Xarıbülbül” mahnısı ifa olundu - FOTO

Hazırda oxunan: Tbilisidə “Xarıbülbül” mahnısı ifa olundu - FOTO

79975

Tbilisidə “Perxuli” musiqi festivalı keçirilib. Festivalda Azərbaycanın “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub.

Bizim.Media xəbər verir ki, festivalda Azərbaycanı Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs anamblı təmsil edib.

Ansamblın gənc rəqqasələri müğənni, Azərbaycanın Xalq artisti Azərinin (Anaxanım Tağıyeva) ifa etdiyi “Xarıbülbül” mahnısı əsasında gözəl rəqs nümunəsi nümayiş etdiriblər. Onların rəqsləri alqışlarla qarşılanıb.

Qeyd edək ki, Tbilisidəki 164 saylı məktəbin müəllimi Ceyran Qurbanovanın rəhbərlik etdiyi “Ceyran” rəqs ansamblı paytaxtda və Gürcüstanın bölgələrində Azərbaycan mahnı və rəqslərini uğurla təqdim edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin