Ermənistan rəsmilərinin təxribatçı açıqlamaları səngimək bilmir. Bu ölkənin prezidenti Vaaqn Xaçaturyan Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşündə Azərbaycan tərəfinin Qarabağ məsələsinin həll olunması barədə bəyanatlarının İrəvan üçün qəbuledilməz olduğunu vurğulayıb:
“Azərbaycanın bu məsələni həll edərkən daim Laçın arasında paralellər aparması bizim üçün qəbuledilməzdir. Zəngəzur dəhlizi və Laçın dəhlizi ideyasına gəlincə, burada status başqadır. 10 noyabr bəyanatında Laçın dəhlizinin nə üçün nəzərdə tutulduğu açıq-aydın göstərilir. Bu, Qarabağda yaşayan soydaşlarımızın özlərini təhlükəsiz hiss etmələri üçün yeganə qanuni, effektiv variantdır”.
Göründüyü kimi, Ermənistan prezidenti müharibədən sonra yaranan reallıqları inkar edir.
Bu məsələni Bizim.Media-ya şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, Xaçaturyanın açıqlaması İrəvanın ortada olan kompromis variantlardan rəsmən imtina etməsi deməkdir:
“Nəzərə alaq ki, bu fikirləri müxalif “Hayastan” blokunun hansısa deputatı yox, Ermənistanın prezidenti deyir. Bu da Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən rəsmən imtina etməsi anlamına gəlir. Düzdür, olkə konstitusiyasına görə prezidentin səlahiyyətləri məhduddur. Əsas səlahiyyət baş nazirə məxsusdur. Ancaq nəzərə almalıyıq ki, prezident Xaçaturyan Paşinyana yaxın şəxsdir”.
Həmsöhbətimiz qeyd edir ki, məlum mövqeyin ortaya qoyulması erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razı olmayacağını deməyə əsas verir:
“Bu o deməkdir ki, qarşı tərəf “Dağlıq Qarabağ” münaqişəsinin həll olunmadığını israr edir və Minsk Qrupundan imtina etmək fikrində deyil. O üzdən, Azərbaycan daha sərt tədbirlər barəsində düşünməlidir. Ermənistana yönəlik hərbi-siyasi təzyiqləri artırmalıyıq. Eyni zamanda, indidən beynəlxalq ictimayətə bəyan etməliyik ki, bundan sonra baş verənlərə görə məsuliyyət Ermənistanın üzərinə düşür”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
11:18 / 19.06.2022
Xaçaturyanın açıqlaması İrəvanın kompromis variantdan imtina etməsi deməkdir - ŞƏRH
Hazırda oxunan: Xaçaturyanın açıqlaması İrəvanın kompromis variantdan imtina etməsi deməkdir - ŞƏRH
Hazırda oxunan: Xaçaturyanın açıqlaması İrəvanın kompromis variantdan imtina etməsi deməkdir - ŞƏRH
79924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.