Ukraynada müharibə aparan Rusiya Türkiyəyə səsləndi: “Suriyadakı hərbi əməliyyatlardan əl çəkin”

Hazırda oxunan: Ukraynada müharibə aparan Rusiya Türkiyəyə səsləndi: “Suriyadakı hərbi əməliyyatlardan əl çəkin”

79556

Ukraynada müharibə aparan Moskva Suriyanın şimalında əməliyyat keçirmək  ideyasından əl çəkmək çağırışı ilə Ankaraya müraciət edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya üzrə Astana formatında keçirilən 18-ci beynəlxalq görüşün yekunlarına dair mətbuat konfransında deyib.

“Son qərar hələ verilməyib, ona görə də Türkiyəli tərəfdaşlarımıza müraciət etmişik ki, Suriyada hərbi əməliyyatlardan çəkinsinlər. Türk dostlarımıza açıq şəkildə bildirdik ki, bu vəziyyətin daha da gərginləşməsinə, o cümlədən silahlı qarşıdurmaya səbəb ola bilər.
Bu, nə Türkiyə, nə Rusiya, nə İraq, nə də İranın marağındadır. Əməliyyat, eyni zamanda Suriyanın şimal-şərqindəki qondarma muxtar administrasiyaya stimul verə bilər.

Onun sözlərinə görə, Türkiyə Suriyanın şimalında yeni hərbi əməliyyat keçirməklə öz milli təhlükəsizliyi problemini tam həll etməyəcək. 

“Mənə elə gəlir ki, Türkiyənin milli təhlükəsizliklə bağlı problemlərini ancaq Suriya hökumət qüvvələrinin ərazilərə tam nəzarəti ələ keçirməklə həll etmək olar. Təəssüf ki, biz bunu hələ müşahidə etməmişik, həqiqətən də orada əsasən kürd özünümüdafiə dəstələri var”, - Lavrentyev yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin