Ermənistanda müxalif deputatlar mandatlarından məhrum ediləcək? - Vətəndaşların TƏLƏBİ

Hazırda oxunan: Ermənistanda müxalif deputatlar mandatlarından məhrum ediləcək? - Vətəndaşların TƏLƏBİ

79555

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası bir sıra müxalif deputatların mandatdan məhrum edilməsi məsələsini müzakirə edir.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bu gün Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi bir növ “ictimai tələblərə” reaksiyadır. 

“Bir çox vətəndaşlar müxalifətçi deputatların davranışlarını və onların deputat mandatından istifadə üsullarını görərək belə bir tələb irəli sürürlər”, - Ovannisyan bildirib.

Deputat eyni zamanda hakim partiyada fikirlərin bölündüyünü də etiraf edib:

“Müzakirələr davam edir və hələlik yekun qərar yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin