İran nüvə silahına sahib olarsa... – Regionumuzu nə gözləyir?

Hazırda oxunan: İran nüvə silahına sahib olarsa... – Regionumuzu nə gözləyir?

79417

“Ağ Ev ABŞ kəşfiyyatının məlumatlarını əsas gətirərək Rusiya-Ukrayna müharibəsinə gətirib çıxardı. Hal-hazırda Yunanıstanda da hərbi bazalar yaradılır ki, Türkiyəyə basqılar edilsin. Bugünkü gündə ABŞ kəşfiyyatının adı ilə Vaşinqton özünün bipolyar siyasətini yeritmək üçün fəaliyyətə keçib. Və təəssüflər olsun ki, bu siyasət özünü doğruldur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Ramiyə Məmmədova səsləndirib.

Belə ki, ABŞ kəşfiyyatının İranın yaxın həftələrdə nüvə silahı əldə edəcəyi ilə bağlı proqnozunu və bunun regional təsirlərini şərh edən politoloq qeyd edib ki, bölgəmizdə qarmaqarışıqlıq salmaq üçün Vaşinqton bu varianta əl atıb:
 

MÖVZU İLƏ BAĞLI:

Təbrizdə nə baş verir? - Son olayların PƏRDƏARXASI


“Amma İran illərdir ki, nüvə silahını əldə etməyə çalışır və bunu heç kimdən gizlətmir. Trampın dönəmində də nüvə müqaviləsi ləğv olunduqda, zatən İran hökuməti ABŞ-ın razılaşmadan çıxdığını əsas gətirərək uranı zənginləşdirməyə başladı. Bu da onu göstərir ki, İran Amerikadan özünü qorumaq üçün nüvə silahı hazırlayır. Tehran bunu rəsmi etiraf etməsə də, İranda nüvə silahının hazırlandığı bütün dövlətlərə məlumdur”.

Müsahibimizin sözlərinə görə, hər hansı təhlükə olmayacağı halda İranın nüvə silahından istifadəsi mümkün görünmür:

“Necə ki, ABŞ Prezidenti dəfələrlə çıxışlarında Rusiyanın nüvə silahından istifadə edəcəyini bildirir və Moskva buna cavab olaraq zəruri təhlükə anında bu yola da əl atacağının mesajını verir, eyni vəziyyət İranla da baş verəcək. Əgər Amerika və ya digər qüvvə tərəfindən şantaj olarsa, İran da nüvə silahı variantından istifadə etməyə məcbur qalacaq”.

Ramiyə Məmmədova İranın nüvə silahını əldə etməsinin Cənubi Qafqaza mümkün təsirlərini də şərh edib:

“İran Azərbaycanla müqayisədə Ermənistanla daha isti münasibətlərə sahibdir. Lakin son zamanlarda Tehran da başa düşdü ki, Azərbaycanın daxil olduğu layihələrdə iştirak etməsələr, ölkələrinin vəziyyəti daha pis olacaq.
Ona görə də, İran Ermənistana dəstək verməsinə baxmayaraq, Azərbaycanla bir masaya oturdu. Rəsmi Bakı və Ankara ilə regionda gedən proseslərdə birgə iştirak etmək niyyəti artıq İran siyasətində görülür. Bu da müsbət haldır.

Hazırki situasiyada İranın nüvə silahını qabardaraq, bunun regional təhdidə çevriləcəyini söyləmək doğru olmaz. Bu İranın özünü Amerikadan qorumaq üçün verdiyi ismarıclardır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin