Paşinyan: “Qarabağın statusu məqsəd deyil, ordakı ermənilərin təhlükəsizliyi üçün bir vasitədir”

Hazırda oxunan: Paşinyan: “Qarabağın statusu məqsəd deyil, ordakı ermənilərin təhlükəsizliyi üçün bir vasitədir”

79414

Qarabağın statusu məqsəd deyil, ordakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir.

Bizim.Media xəbər verir ki, bunu respublikanın baş naziri Nikol Paşinyan bu gün  parlamentin iclasında 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir.

“Bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, Qarabağdakı ermənilərin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün başa düşülən münasibətdir. Amma çox mühüm bir məsələ də var.
Ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir”, - Paşinyan bildirib.

Hökumət başçısı əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin