Gürcüstan prezidenti ölkədə mitinq elan etdi - SƏBƏB

Hazırda oxunan: Gürcüstan prezidenti ölkədə mitinq elan etdi - SƏBƏB

79306

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə mitinq elan edib və əhalini mitinqə dəvət edib. O, mitinqin iyunun 15-də saat 19:00-da Avropa Meydanında keçiriləcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu bəyanatla prezident Salome Zurabişvili iyunun 14-də axşam keçirdiyi brinfinqdə çıxış edib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb. Bu səbəbdən Gürcüstanla əlaqədar iyunun 9-da yanlış qətnamə qəbul olunub. Buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir.

Prezident deyib: “Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə Gürcüstanın sağlam qüvvələrinin fəaliyyətsizliyinin nəticəsidir. Biz hamılıqla aksiyaya toplaşmaqla Avropaya öz birliyimizi göstərmiş olacağıq”.

S.Zurabişvili, həmçinin qeyd edib ki, ölkə “Assosiasiyalı trio” ölkələri - Gürcüstan, Ukrayna və Moldova arasında liderlikdən sonuncu yerə enib.

Qeyd edək ki, iyunun 9-da Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib.

Sənəddə Gürcüstanda medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxu, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub.

Eyni zamanda, sənəddə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin