Rusiyadan 49 britaniyalıya qarşı SANKSİYA

Hazırda oxunan: Rusiyadan 49 britaniyalıya qarşı SANKSİYA

79301

Rusiya Xarici İşlər Nazirliyi jurnalistlər də daxil olmaqla, 49 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, sanksiya siyahısı Rusiya Nazirliyinin saytında dərc olunub.

Siyahıda “The Guardian”ın müxbirləri, BBC-nin əməkdaşları, eləcə də, Böyük Britaniyanın “Daily Mail” və “İndependent” qəzetlərinin baş redaktorları, "Times" qəzetinin müharibə xəbərləri redaktoru da var.

Media nümayəndələri ilə yanaşı, sanksiya siyahısına Britaniya müdafiə kompleksi ilə əlaqəli şəxslər də daxildir. 

Siyahıda yer alan Britaniya vətəndaşlarının Rusiyaya girişi qadağan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin