İrəvanda daha bir İSTEFA – Bu dəfə qadın məmur...

Hazırda oxunan: İrəvanda daha bir İSTEFA – Bu dəfə qadın məmur...

79050

Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “aysor.am” saytında yer alıb.

“Komitə sədri vəzifəsi ilə vidalaşmağın vaxtı çatıb. Mənə verilən fürsətə - 4 ilə yaxın sınaqlarla və uğurlarla dolu aviasiya sənayesinə və xalqımıza xidmət etdiyimə görə minnətdaram.
Komandamızın əldə etdiyi nəticələrlə, xüsusilə səmanın təhlükəsizliyini təmin etmək üçün atılan addımlarla fəxr edirəm. Yaxın gələcəkdə təhlükəsizliyin təkmilləşdirilməsi istiqamətində atılan addımların nəticələri də bəlli olacaq”, deyə o yazıb.

Tatevik Revazyan qeyd edib ki, bu müddət ərzində Mülki Aviasiya Komitəsində ciddi islahatlar aparılıb və həyata keçirilib. 

Onun sözlərinə görə, aviasiya orqanları yüksək beynəlxalq standartlara nail olmaq baxımından indi düzgün yoldadır:

“Beləliklə, mən 2018-ci ildə qarşıma qoyduğum məqsədlərə nail oldum, amma nə olursa olsun, bundan sonra da Ermənistan aviasiyasının inkişafına hər cür töhfə verməyə hazıram.
Daha bir vacib halı qeyd etmək istərdim. Siyasətdən uzaq, ona görə də heç bir siyasi proseslərin buxovunda qalmayan bir insan olaraq hər zaman azad, müstəqil və peşəkar iş qadınının rolunun vacibliyini vurğulamışam və tezliklə biznes dünyasına qayıtmaq qərarına gəlmişəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin