Lavrovun təyyarəsinin endiyi “Zvartnots” hava limanında BOMBA HƏYƏCANI - VİDEO

Hazırda oxunan: Lavrovun təyyarəsinin endiyi “Zvartnots” hava limanında BOMBA HƏYƏCANI - VİDEO

78317

Fövqəladə Hallar Nazirliyinə bir neçə dəqiqə  bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ankaradan təyyarə ilə gəldiyi İrəvanın “Zvartnots” hava limanında bomba olması ilə bağlı zəng daxil olub.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, xilasedicilər hazırda "Zvartnots" hava limanının ərazisinin minalanması barədə xəbəri yoxlayır.

Xatırladaq ki, Lavrov Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi səfərdə olub və türkiyəli həmkarı Mövlud Çavuşoğlu görüşüb, sonda birgə mətbuat konfransı keçirib. Günortadan sonra isə Ermənistanın paytaxtı İrəvan şəhərinə gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səfərlə bağlı bildirib ki, Lavrovun İrəvanda Ermənistan rəhbərliyi ilə Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.  

İyunun 10-da Sergey Lavrov İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbərinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşəcəyini bildirib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin