Erməni hərbi ekspert Van Ambarçumyan Radiovan.fm-ə müsahibəsində Rusiyanın Ukrayna ilə müharibədə məğlub olacağı təqdirdə Cənubi Qafqazın gələcəyi ilə bağlı proqnozunu bölüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Ambarçumyan hesab edir ki, Azərbaycan Respublikası Qarabağda və ola bilsin ki, Zəngəzur bölgəsində genişmiqyaslı hücuma keçəcək:
“Çünki indi Naxçıvan Muxtar Respublikasının hər iki tərəfində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəmləşib. Elə hər iki tərəfdən də zərbə endirəcəklər. Buna tam əminəm. Yəqin ki, Zəngəzur istiqamətində irəliləyəcəklər, bütün bu bölgəni alacaqlar. Təkcə yolu deyil, bütün dəhlizi tutacaqlar.
MÖVZU İLƏ BAĞLI:
Zəngəzur dəhlizini KİM VƏ NƏ VAXT inşa edəcək? – DETALLAR
Qarabağın alınmasına da əminəm. Siz (nəşrin müxbiri nəzərdə tutulur) sadəcə soruşursunuz, mən isə səmimi cavab verirəm. Rusiya Federasiyası uduzacaq, daha heç kimi saxlamaq üçün gücü olmayacaq, qərar verə bilməyəcək. Azərbaycanlılar irəli gedəcək, Ermənistan təkbaşına onları dayandıra bilməyəcək. Rəsmi İrəvanın indi Azərbaycanı dayandırmağa nə gücü, nə də resursu var.
Bütün bunları söylədiyimə görə məni ittiham edə bilərsiniz. Bəlkə dediklərim yanlışdır. Ancaq hər şeyi dürüst demək lazımdır. Bakının son məqsədi daha çox ərazi ələ keçirmək, mümkün qədər irəli getməkdir. Bu, Azərbaycan üçün indi çox vacibdir. Qarabağı onsuz da götürəcəklər.
Kimsə incidisə, üzr istəyirəm. Amma vəziyyətin belə olması mənim günahım deyil. Yalan desəm, o zaman mənə də Arçrun (Müdafiə Nazirliyinin sabiq əməkdaşı) deyəcəklər.
Onun kimi olmaq istəmirəm. Dürüst danışmağın vaxtıdır. Dediklərimdən özüm də qorxuram. Bundan ləzzət aldığımı düşünürsünüzsə, yanılırsınız. Ən azı Qarabağı alacaqlar. Kim bilir, ümumiyyətlə, harada dayanacaqlar?”.
Bizim.Media