Paşinyan QƏRAR VERDİ – Sülh müqaviləsi imzalanacaq

Hazırda oxunan: Paşinyan QƏRAR VERDİ – Sülh müqaviləsi imzalanacaq

77874

“Paşinyan çalışır ki, müxalifət ən qısa zamanda parlamentin iclaslarına qayıtsın. Və müxalifətin iştirakı ilə Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişi parlamentdə ratifikasiya olunsun. Amma biz parlamentə qayıdıb Nikolanın təslimçi sülh sazişinə “hə” demiyəcəyik. Mübarizəmizi sona qədər küçələrdə aparacağıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan səsləndirib. 

Qeyd edək ki, artıq 2 aydır ki, Ermənistan müxalifəti İrəvanın küçələrinə tökülüb. Onlar Paşinyan hakimiyyətini devirmək üçün bütün vasitələrə əl atırlar. Lakin konkret nəticə yoxdur. Baxmayaraq ki, hələ mayın 2-də Vanetsyan bildirmişdi ki, “Mübarizəmiz nəticəsini verdi, Paşinyan bir neçə günə hakimiyyətdən gedəcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı


Bu bəyanatdan bir aydan artıq vaxt keçməsinə baxmayaraq Ermənistan hakimiyyətində heç bir dəyişiklik baş verməyib. Vanetsyanın iyunun 3-də səsləndirdiyi fikirlərsə onu sübut etdi ki, müxalifət küçələrə düşməklə sadəcə məsuliyyətdən qaçmaq və Paşinyanı pis vəziyyətdə qoymaqdır. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Qabil Hüseynli bildirdi ki, İrəvanda küçələrə tökülən anarxistlərdir:

“Onların konkret nə istədiyi bəlli deyil. Üstəlik, onların sosial bazası da yoxdur. Ona görə də hakimiyyətin aksiya iştirakçılarına güc tətbiq etməsi başa düşüləndir. Paşinyanın başqa yolu da yoxdur. Həm xarici təzyiqlər, həm ölkə əhalisi baş nazirdən qəti hərəkət gözləyir. Güman edirəm ki, ən qısa zamanda Paşinyan qəti addımlar atıb, pozucu qüvvələri dağıdacaq, lazım gəlsə onları zindana atdıracaq. Çünki, Ermənistanla Azərbaycan arasında sülh sazişinə maneçilk törətmək istəyən radikalları heç bir xarici güc müdafiə etməyəcək”.

Ekspertin fikrincə, itirilən hər gün Ermənistanın ziyanına işləyir. Çünki Azərbaycanın, həm də Rusiya və Qərbin davamlı təzyiqi qarşısında artıq İrəvanın heç bir variantı qalmayıb. Geosiyasi aspektdən yaranmış vəziyyət Paşinyanı iki qərardan birini qəbul etməyə vadar edir.
Ya hakimiyyətdən getməli, ya da müxalifətin etirazlarını boğaraq sülh müqaviləsinə imza atmalıdır. 

İki gün əvvəl İrəvan küçələrində aksiyaçılara qarşı polsin sərt davranışı və 24 nəfər pozucu müxalifətçinin zindanlara atılması isə xəbər verir ki, Paşinyan artıq qərar qəbul edib. Nəticəsi tezliklə görsənəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin